Türkiyədə CHP-nin İzmirdən olan deputatı Tuncay Özkan İzmir Respublika Baş Prokurorluğu tərəfindən istintaqa cəlb edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun sosial mediada birbaşa Prezident Ərdoğanı hədəfə alan paylaşımı olub.

Bu barədə Ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.

O bildirib ki, Tuncay Özkana qarşı artıq istintaq başlayıb: “Cənab Rəcəb Tayyib Ərdoğanı sosial mediada təhqir edən və böhtan atan deputat Tuncay Özkana qarşı İzmir Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb".

Nazirin sözlərinə görə, Ərdoğan həyatını böyük və qüdrətli Türkiyəyə həsr edib:

"Sevimli millətimizin səsi ilə seçilən, ölkəmizə, millətimizə xidmət etmək üçün gecə-gündüz çalışan Prezidentimizə qarşı ifrat və çirkin bəyanatlar qəbuledilməzdir. Millət vəkili şəxsiyyətini daşıyan bir şəxsin millətin dəyərlərinə məhəl qoymaması qəbuledilməzdir və onun kobud və əxlaqdankənar sözlərini şiddətlə qınayıram”.

Xatırladaq ki, deputat Ərdoğana çox sərt mesaj verib.

Onun Ərdoğan haqda paylaşımını aşağıda təqdim edirik:

Zülfiyyə

MİA.AZ