Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ahlatdakı Baxçalı iqamətgahında baş tutan görüş mətbuata qapalı keçirilib.

Görüşdən yayılan fotolardan görümür ki, MHP lideri Ərdoğana tablo hədyyə edib.

Türkiyə mətbuatı yazır ki, görüşdə ölkədəki vəziyyət və Cumhur ittifaqı çərçivəsindəki müttəfiqlik məsələləri müzakirə edilib.

Lamiyə Əhmədli

MİA.AZ