Türkiyənin Aydın şəhərində müəmmalı güclü partlayış səsi əhalini qorxuya salıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən yerli vaxtla saat 10.00 radələrində şəhərin Karacasu və Çine bölgələri aralığında güclü silkələnmə yaradan partlayış səsi eşidilib. 

Məlumata görə, yerli əhalinin qorxu altında polis və jandarmaya şikayətləri sonrası geniş araşdırma aparəlsa da, partlamanın mənbəyi aşkarlanmayb.

Karacasunun Çamköy məhəlləsi sakinlərindən Süleyman Alanoğlu bildirib ki, partlayış səsi o qədər çox güclü olub, üstəlik, evləri beşik kimi yellənib: "Səhər saatlarında qəflətən güclü partlayış eşitdik. Nə baş verdiyini anlamadan evimiz silkələnməyə başladı. Qısamüddətli panika yaşadıq. Sanki evimizin yanında böyük bomba partlamışdı. O qədər güclü bir səs idi ki...".

Məhəllə sakini deyib ki, yetklilər onlara bu partlayışla bağlı tutarlı məlumat verə bilməyiblər.

Samir Musayev

MİAA.Z