Fransanın Baş naziri Qabriel Attal ölkə Prezidenti Emmanuel Makronla danışıqlarda yeni baş nazirin mərkəzçi prezident koalisiyasından kənar şəxslər arasından təyin edilməsini istəyib.
Bu barədə BFMTV telekanalı məlumat yayıb.
“Mən mərkəzçi blokun partiyalarına daxil olmayan yeni baş nazirin təyin edilməsini istədim”, - Attal prezident blokunun nümayəndələri ilə Makron arasında yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar çərçivəsində keçirilmiş görüşdən sonra partiya yoldaşlarına yazdığı məktubda bildirib.
O vurğulayıb ki, belə addım geniş siyasi spektrin – solçulardan tutmuş sağçı respublikaçılara qədər maraqlarını təmsil edəcək kabinetin formalaşmasına imkan verəcək.
“Bu, Fransa xalqının maraqları naminə irəliləməyə imkan verə bilər”, - o əlavə edib./Report