2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində 1000 seçki məntəqəsində vebkameralar quraşdırılıb.

Mia.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçkilərə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum səviyyədə istifadə ediləcək.