Səudiyyə Ərəbistanının Mədinə şəhərinin  Ömər Əl-Rəddadi bölgəsində axşam saatlarındanbaşlayan güclü yağış daşqınlara səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  nəticədə bölgədə hərəkət iflic olub, xeyli insan ev və yollarda çarəsiz vəzyyətdə qalıb.

Məlumata görə, daşqınlarda ölən olmasa da, xeyli mal-mülkə zərər dəyib.

Lamiyə Əhmədli

MİA.AZ