Fransada Mont Blan dağına qalxan üç alpinist bədbəxt hadisə ilə üzləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliya ilə sərhədində yerləşən Mont Blan dağına çıxan üç ispaniyalı alpinist 350 metr hündürlükdən yıxılıb, onlardan ikisi ölüb, biri isə qrılan ipdən tutunsa da, ağır yaralanıb.

Məlumata görə, hadisə dünən Fransanın Yuxarı Savoya əyalətindəki dağda baş verib: "26 və 27 yaşlı iki ispan alpinistin Mont Blan zirvəsinə qalxarkən ip qırılıb və onlar oradan yerə çırpılıblar. Helikopterlə hadisə yerinə gələn axtarış-xilasetmə əməkdaşları onların cəsədini tapıblar. Qəzadan yaralı xilas olunan digər alpinist isə xəstəxanaya aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb".

Lamiyə Əhmədli

MİA.AZ