Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.
Mia.az xəbər verir ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.
Məlumata görə, su kəmərinin doldurulması prosesinə başlanılıb: "Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür".