İlon Maskın sahibi olduğu "Tesla" elektriklə işləyən maşınlar istehsal edən fabrik Almaniyada 329 hektarlıq meşəliyi məhv edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, peyk görüntülərinin təhlili ilə ortaya çıxıb.
Məlumata görə, Almaniyada - Berlinə yaxın meşəlik ərazidə fabrikin tikintisi zamanı 329 hektar meşə sahəsi tamamilə yox edilib, təxminən 500 min ağac kəsilib, ərazi düzən hala gətirilib.
Bu isə Almaniyada istər ekoloqlar, istərsə də toplumun müxətlif kəsimlərində ciddi narazılıqlara və aksiyalara səbəb olub.
Nə qədər qəribə olsa da, Tesla sahibi İlon Mask isə etirazlara Almaniya polisinin mülayi yanaşmasını anlamadığını deyib. O, polisdən daha sərt davranmağı və etirazların qarşısını almağı tələb edib.
Almaniya ekooqları bu fabrikin iqtisadiyyat və təbiətə üstünlüyü ilə yanaşı, mənfi cəhətləri haqqında artıq geniş spekterli müzakirələr açıblar.
Ekoloji kəşfiyyat şirkəti "Kayrros"un məlumatına görə, peyk görüntülərinin təhlili ilə müəyyən olunub ki, 2020-ci ilin martından 2023-cü ilin mayına qədər fabrikin tikildiyi ərazidə 329 hektar meşə yox edilib: "Bu, əlbəttə, gözardı oluna bilməz. Təbiəti, atmosferi qorumaq adıyla tikilən bir fabrik dünyanın xilası olan yaşıllığı necə məhv edə bilər?".
Lamiyə Əhmədli
MİA.AZ