İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə gecəboyu ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Xan Yunus şəhərində ev və köçkün fələstinlinin sığındığı çadırlar atəşə tutulub: "Bundan başqa, şimalda Beyt Lahiya şəhərində Hammude ailəsinə məxsus evi bombalanıb. Təkcə b u evdə 11 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb".

Agentlik qeyd edib ki, ilkin məlumata görə, gecə zərbələrndə ən azı 19 nəfər ölüb, 50-dən çox yaralı var.

Tahir Şəlvəli

MİA.AZ