"Bank of Azerbaijan”ın qarşısında müştərilərlə bank işçiləri arasında əlbəyaxa dava olub.

AXAR.az-a bu haqda müştərilər adından bankla problemi olan jurnalist Samir Feyruzov məlumat verib.

Məlumatda deyilir ki, "Bank of Azerbaijan” yenə də müştərilərinin pullarını qaytarmaq istəmir. Buna görə də iyulun 8-də "Bank of Azerbaijan”ın qarşısında əlbəyaxa dava baş verəndən sonra onlar kömək üçün Mərkəzi Banka gediblər:

"Dünən orda dava-dalaş oldu. Sonra camaata dedilər ki, gedin, kimə deyirsiz-deyin! Mərkəzi Banka getdik, orda da qəbul etmədilər”.

"Bank of Azerbaijan”da pullarının batdığını iddia edən Samir Feyruzov deyir ki, "Bank of Azerbaijan”dan onlara bankın Hafiz Məmmədovun əlindən alınacağını deyiblər:

"Hafiz Məmmədovun əlindən bankı almaq istəyirlər, o da vermir. Pulunu götürüb qaçıb. Bankda da pul yoxdur”.

Onun sözlərinə görə, 20 min manat depozit hələ də jurnalistə qaytarılmayıb. Əvəzində zəng edib hədə-qorxu gəliblər.

Xatırladaq ki, jurnalist Samir Feyruzovun da "Bank of Azerbaijan"la problemi hələ də həll olunmamış qalır.