Türkiyəki tanınmış aktrisa Melisa Sözen Fransanın məşhur "Le Bureau des Legendes" serialında terror təşkilatı PYD/YPG-yə sızmış agent rolunu oynaması türk izləyicilərini iki hissəyə bölüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2016-cı ildən yayımlanan və türk aktrisanın 3-cü sezonundan qatıldığı serialın görüntüləri bu günlərdə birdən birə türk izləyicilərinin geniş müzakirəsinə verilib.
Məlumata görə, türk aktrisanın PKK terror təşkilatının digər qolu olan PYD/YPG-nin hərbi forması ilə görüntülənməsini tənqid atəşinə tutanlar çoxalıb. Lakin müəyyən qrup izləyicisi isə bunu sənətlə əlaqələndirib, aktrisaya haqq qazandırıb.
Fransanın ən çox baxılan detektiv serialı "Le Bureau des Legendes"də agent obrazını canlandıran Melisa Sözen isə seriala necə qatılmasını belə nəql edib: "2016-cı ildə Fransanın ən məşhur serialı olan "Le Bureau des Legendes" serialından təklif aldım. O vaxtlar fransızca demək olar ki, bir kəlmə də belə bilmirdim. Buna baxmayaraq, müsabiqəyə gedəndə rejissor mənim aktyorluq qabiliyyətimi çox bəyəndi. Dil bilməməyimə gəldikdə, dedilər ki, bunu bir şəkildə həll edəcəyik. Serialda Suriyada DEAŞ-a qarşı döyüşən agent rolunu oynayıram. Ona görə də dəvətdən dərhal sonra sürətləı fransızca öyrənməyə başaldım. Üstəlik, çəkilişdən əvvəl silah və döyüş təhsili də aldım. Çox zövqlü və gözəl bir proses idi. Ümid edirəm ki, peşəkarlığım təqdir edilir...".
Ləman
MİA.AZ