Türkiyədə vətəndaşlıq verilən suriyalılarla bağlı yenə geniş müzakirə açılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yayılan məlumata görə, ölkəyə sığınan 2.5 milyondan çox suriyalıya vətəndaşlıq verilib.

Lakin Daxili İşlər Nazirliyi TV-lərin birində verilən bu statistika ilə razılaşmayıb.

Daxili İşlər Nazirliyindən bu gün verilən açıqlamaya əsasən, 5 milyon suriyalıya vətəndaşlıq verilməsi ilə bağlı iddialar doğru deyil: "Türkiyədə müvəqqəti himayə altında olan və Türkiyə vətəndaşlığını verilən Suriya vətəndaşlarının sayı 238 min 768 nəfərdir. Onlardan 134 min 624 nəfəri yetkin, 104 min 144 nəfəri isə uşaqdır"

Məlumatda daha sonra deyilir ki, Ali Yerlikayanınnazir təyinatından sonra 101-i böyük, 82-si uşaq olmaqla cəmi 183 suriyalıya Türkiyə vətəndaşlığı verilib.

Firudin Səfərli

MİA.AZ