Son bir ildə İspaniyaya qeyri-qanuni mühacirlərin sayı 66,2 faiz artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi hesabat yayıb.

Bildirilib ki, yanvarın 1-dən avqustun 15-dək İspaniyaya 31 min 155 qanunsuz miqrant daxil olub: "Bu rəqəm müvafiq vaxtla müqayisədə 18745 nəfər, faizlə ifadə etsək, 66,2 faiz çox deməkdir".

Nazirlikdən verilən məlumata görə, ölkəyə qanunsuz axın əsasən afrika ölkələrindən dəniz yolu ilə olur.

Zülfiyyə

MİA.AZ