Türkiyənin sabiq Daxili işlər naziri Süleyman Soylu deputat kimi toxunulmazlıq hüququnu qoruyacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Numan Kurtulmuş ona cavab məktubu yazıb.
Məktubda bildirilib ki, sabiq nazirin, ötən il İstanbuldan deputat seçilən Süleyman Soylunun deputat toxunulmazlığının götürülməsi tələbi ilə Türkiyə Böyük Millət Məclisinə hər hansı rəsmi müraciət daxil olmayıb.
Xatırladaq ki, Süleyman Soylu son aylar ona qarşı yönələn çoxsaylı ittihamları nəzərə alaraq parlament sədarətinə toxunulmazlığının götürülməsi və bundan sonra bütün ittihamlar üzrə istintaq açılmasını istəmişdi.
Samir MUSAYEV
MİA.AZ