İraqın Kərbəla şəhərinə İraqa Ərbil ziyarətəinə gedən pakistanlılarn olduğu avtobus ağır qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, avtobusun aşması nəticəsində 28 nəfər ölüb, 14-ü ağır olmaqla 23 nəfər isə yaralanıb.
İran dövlət televiziyasının məlumatına görə, hadisə Yəzd əyalətinin Dehşir-Teft magistralında baş verib.
Yəzd vilayətinin yol polisinin direktoru Hacı Dehabadi bildirib ki, ekspertlərin ilkin araşdırmalarına görə, qəzaya avtomobilin əyləc sistemindəki nasazlıq səbəb olub: "Avtobusda olan 51 pakistanlı İraqın Kərbəla şəhərində keçirilən Ərbəin mərasimlərində iştirak etmək üçün İrana daxil olub..."
Firudin Səfərli
MİA.AZ