Xəbər verdiyimiz kimi, SOCAR-ın keçmiş vitse-prezidenti Bədəl Bədəlovun YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülüb.

Onun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınıb.

Mia.az Manset.az-a istinadla bildirir ki, həmin dairədən olan vətəndaşlar Bədəl Bədəlovun deputatlığa namizədliyinin irəli sürülməsinə etiraz ediblər.

Məsələ ilə bağlı Bədəl Bədəlov Manset.az-a açıqlama verib.

 "Siz kimsiniz, məni yığmısınız? Nömrəmi haradan almısınız? Kim? Rövnəq Abdullayev mənə dəstək verib?...",- Bədəl Bədəlov bu adı eşidən kimi telefonu dərhal bağlayıb.

MİA.AZ