14 may 2023-cü ildə İYİ Partiyasından Adana şəhərindən deputat seçilən və 15 may 2024-cü ildə istefa verən Bilal Bilici CHP-yə keçib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün CHP lideri Özgür Özəl tərəfindən döş nişanı taxılan  deputat yeni partiyasına faydalı olacağına inandığını deyib.

Onun sözlərinə görə, partiya lideri Özgür Özəl tərəfindən aparılan siyasət ölkənin mənzərəsində böyük dəyişiklik yaradıb: "Mən də bu mühüm siyasətə tövhə verəcəyimə inanıram. Onun üçün dəvətə hicabət edərək, buradayam".

Samir Musayev

MİA.AZ