Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Prezidenti Vladimir Putinin Bakı səfəri çərçivəsində gündəmə gələn Azərbaycan-Rusiya Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunmasına münasibət bildirib.
Mia.az-ın məlumatına görə, sabiq nazir Pravda.az-a açıqlamasında Putinin bu təklifini dəstəkləyib.
“Bu universitet M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialından sonra ikinci deyil. Çünki İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı da var. Həmişə demişəm ki, ən yaxşı sərmayə ilk növbədə təhsilə qoyulmalıdır. Təhsil nömrə birdir. Tarixə baxsanız, hər şey - gələcəyimiz təhsildən asılıdır. Buna görə də alqışlayıram ki, Azərbaycanda belə bir müəssisə açılacaq. Azərbaycanlı sakinlər ingilis dilində, yaxud fransız dilində o qədər də yaxşı danışa bilmirlər. İstər-istəməz rus dilini bilənlər var, həm də məktəblərdə tədris edilir. Buna görə də rus dilində tədris alsalar, müsbət haldır”, - o qeyd edib.
E.Məmmədyarov “universitet açılarsa, ölkədə ruslaşma gedəcək” deyənlərə isə belə cavab verib: “Universitetin açılmasında qorxulu bir şey görmürəm. Avropaya gedəndə ingilis dilində danışırsınız. Əksəriyyət bu dili başa düşür. Təbii ki, rus dilindən əlavə ingilis, fransız dilini də, Allahın çin dilini də öyrənmək lazımdır. Nə qədər çox dil bilsən, Azərbaycan üçün o qədər faydalıdır...”