Şair Nevzat Çelik İzmirdə baş verən meşə yanğını ilə bağlı sosial şəbəkədə yazdığı paylaşıma görə saxlanılıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, vaxtilə Prezident Ərdoğanı ağladan “Şəfəq türküsüı” şeirinin müəllifi Nevzat Çelik İzmirdə evindən polisə aparılıb.

Bu bartədə şair özü açıqlama verib: "Dünən gecə. Saat 21.45... Beşiktaş -Antalya matçını izləmək üçün dəzgahımı qurmuşdum. Hakim fit çalan kimi qapı bərk döyüldü. Polislər həbs qərarı ilə gəlmişdi. Gecənin bir vaxtı... Çağırsaydılar, özüm gedərdim. Səbəbini soruşdum. X platformasında  16 avqustda "#izmir yanır 'Kafir İzmir deyil, #Türkiyə yanır!'" paylaşımım olub. İfadəm alındı. Heç görməməliyik, eşitməməliyik, danışmamalıyıq?! Nə istəyirik?! Məhəllə yanarkən saçlarımızı daramalıyıq? Bəs necə insan ola bilərik?!".

Xatırladaq ki, Nevzat Çelik Ahmet Kayanın oxuduğu "Şəfəq türküsü" şeirinin müəllifidir.

 Prezident Ərdoğan 12 sentyabr çevrilişi zamanı edam olunan Necdət Adalı ilə bağlı çıxışında "Şair Nevzat Çelik yazdığı məşhur şeir Necdet Adalının vaxtsız ölümünü ən gözəl şəkildə canlandırır, həqiqətən də duyğuludur" deyib və şeirdən iki misra oxuduqdan sonra göz yaşlarına tutulub...

Ləman

MİA.AZ