"Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRİ adlı evimizi müxtəlif "milli mənzillərə” böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək”.
Axar.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, "AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı zamanı bildirib.
Abbasov bir qədər də irəli gedərək qeyd edib ki, indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir.