İtaliyanın Siciliya adasının sahillərində 22 turisti daşıyan Britaniya bayraqlı yelkənli qayıq batıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 7 nəfər itkin düşüb.
Hadisə Palermo şəhərinə yaxın sahil bölgəsində baş verib.
Məlumata görə, qayığın batması nəticəsində 2-si Britaniya, 2-si Fransa, 1-i İrlandiya, 1-i Yeni Zelandiya, 1-i Şri-Lanka vətəndaşı ollamqla, 7 nəfər itkin düşüb: "50 metrlik yelkənin batmasına səbəb güclü qasırğa və onun aratdığı dalğalar olub. 15 nəfər xials olunsa da, 7 nəfərin cəsədini belə tapmaq hələlik mümkün olmayıb".
Zülfiyyə
MİA.AZ