Fransanın Herault əyalətində güclü meşə yanğımı olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yanğın ölkənin cənub sahillərində yerləşən Herault əyalətində biri Qardiole massivində, digəri isə Nissan-lez-Enserunes şəhərində olmaqla iki yerdə baş verib.
Məlumata görə, Qardiole massivində yerləşən Gigean qəsəbəsində 450 yanğınsöndürən və helikopterin müdaxiləsinə baxmayaraq, 340 hektar ərazi yanaraq külə çevrilib.
Nissan-lez-Enserunedə isə 220 yanğınsöndürən, 2 helikopter və bir yanğınsöndürmə təyyarəsi güclü yanğına müdaxilə edərək onu söndürüblər: "Ancaq 60 hektarlıq ərazidəki yaşıl örtüyü tamam iilə yanıb..."
Zülfiyyə
MİA.AZ