Kolumbiya hökuməti İsrailə qarşı sanksiya tətbiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumət İsrailin Qəzzaya hücumlarını əsas gətirərək, bu ölkəyə kömür ixracını rəsmi olaraq dayandırıb.

Bu barədə Prezident Qustavo Petro fərmanı imzalayıb.

Fərmanla bağlı paylaşım eədn Prezident bildirib ki, İsrail Qəzzada qətliam törədir: "Fələstinli uşaqları öldürmək üçün Kolumbiya kömüründən bomba hazırlayırlar. Buna imkan verə bilmərik".

Fərmanın rəsmi qəzetdə dərcindən beş gün sonra qüvvəyə minəcəyi paylaşılıb.

Xatırladaqq ki, Kolumbiya hasil etdiyi ümumi kömürün 5 faizi İsrailə ixrac olunur.

Samir Musayev

MİA.AZ