Ermənistanın paytaxtı İrəvanda atışma olub.
Bu barədə SHAMSHYAN.com məlumat yayıb.
Məlumata görə, hadisə Araqatsotn vilayətində baş verib. İnsident zamanı 29 yaşlı David Ş. xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.
Hadisənin təfərrüatı açıqlanmır./Report