Rejissor Rüstəm İbrahimbəyovun Azərbaycanı tərk etməsindən sonra ətalət dövrünü yaşayan Azərbaycan Ziyalılar Forumu yenidən fəaliyyətini aktivləşdirmək istəyir.
Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda Forumunun toplantısının keçirilməsi nəzərdə tutulub.
O, bunu qurumun işində fəallığın artırılması məqsədilə həyata keçiriləcəyini də deyib.
R.Əliyev qeyd edib ki, məlum səbəblərə görə, ziyalıların toplantısı ramazan ayından sonra baş tutacaq: "İndi orucluqdur. Ziyalıların əksəriyyəti də şəhərdə deyil. Toplantı Ramazan bayramından sonra keçiriləcək”.
R. Əliyevin sözlərinə görə, buna baxmayaraq, müəyyən müzakirələr aparmaq üçün ziyalılarla ayrı-ayrılıqda görüşlər keçirilir”.
Ziyalılar Forumu yenidən toplaşır - Açıqlama
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51