Türkiyənin Adana şəhərində aktyor və menecer Tümer Adakanerə restoranında silahlı hücum olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "01" adlı serialla tanınan 46 yaşlı aktyor özünün sahibi olduğu restoranda hüllələnib.
Məlumata görə, kürəyindən vurulan aktyor dostlarının köməıyi ilə xəstəxanaya aparılıb: "Hadisə dünın yerli vaxtla saat 15:00 radələrində Seyhan rayonu, Döşeme məhəlləsində baş verib. Hazırda onun vəziyyəti ağırdır. Aktyoru güllələyən şəxs axtarılır".
Ləman
MİA.AZ