"Yeşilçam"ın əfsanələrindən olan və uzun müddətdir xərçənglə mübarizə aparan məşhur aktyor Aydemir Akbaş evində huşsuz vəziyyətdə tapılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə müğənni İbrahim Tatlısəs məlumat paylaşıb.

O, 88 yaşlı aktyorun xəstəxanaya aparıldığını yazıb və hər kəsdən ona dua etməsini istəyib.

Xatırladaq ki, aktyor 10 il əvvəl xərçəngdən müalicə olunaraq sağalıb.

Ötən ay isə onda yenə də xərçəng siptomları aşkarlanıb.

Ləman

MİA.AZ