Rəsul Mirhəşimli
***
Dünən Kapital bankdan mənə zəng gəldi. Zəng edən dedi ki, iyun ayında mənim kartımdan xarici hesabdan 5 dollar pul çıxılıb (İyun ayında olan əməliyyatın avqust ayında pulunun suilinməsi də maraqlı hadisədir - Mia.az).
Əvvəlcə heç nə anlamadım. Birbank mobil tətbiqini açıb, nə baş verdiyini öyrənmək istədim. Tətbiqi açan kimi maaş kartımdan hər dəqiqədən bir şəkildəki (şəkil aşağıda verilib -Mia.az) kimi pul silinməyə başaldı.
Dərhal kartı bloklayıb, "Kapitalbank"la əlaqə saxladım. Pulun Tiktok vasitəsilə çıxarıldığını dedilər. Aşağıda Tiktokdakı link də göstəritilib. Mənim Tiktokda hansısa şübhəli durumla qarşılaşdığım olmayım. Tutaq ki, əlim dəyib, belə bir link açılsaydı, kart hesabımı yazmadan o pulu necə çıxa bilərdilər? Həm də bu cür şübhəli linklərə niyə girməliyəm?
Bank işçisi problemin həlli yolu üçün kartı bloklayıb, çıxarılan vəsaiti geri qaytara biləcəyini bildirdi. Əlavə etdi ki, bu proses bir gün də çəkə bilər, bir həftə də, bir ay da. Soruşdum ki, əgər kartımdakı vəsaiti tamamilə çıxarıb, bankla əlaqə saxlayıb, bu bloklama işini bir qədər sonra etmək mümkündürmü? Cavab belə oldu: "Kartda istənilən əməliyyat edilsə, pulu geri qaytarmaq mümkün olmaya bilər". Bu da problemin həllinə bankın təklifi...
Maaşımı kartdan çıxarıb, kartı blokladım. Hələ şükür ki, 4 dollardan bir az artıq məbləğ ziyana düşməklə bu işdən qurtula bildim.
Mənə maraqlı gələn odur ki, niyə bu ölkədə kartlara xaker hücumu, dələdzuluq, anlaşılmaz pul çıxarılması əməliyyatları ən çox Kapital bank kartlarında olur? Ortada nəsə var, hələ ki anlamaq olmur.
MİA.AZ