Tanınmış keçmiş futbolçu, "Beşiktaş"n sabiq baş məşqçisi Sergen Yalçın rəsmən şərhçiliyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Anadolunun zəif komandalarından gələn məşqçi təklifinə "yox" deyərək, “Ekol TV” ilə anlaşmaya imza atıb.

Məlumata görə, Sergen Yalçının TV ilə müqaviləsində "Əgər məşqçi təklifi gələrsə, istənilən an müqaviləyə xitam verilə bilər" maddəsi də var.

Fərid Aslan

MİA.AZ