Sentyabrın 23-29-da keçiriləcək 31-ci Beynəlxalq Adana Qızıl Koza Film Festivalının münsiflər heyəti müəyyənləşib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, münsiflər heyətinin sədri Nuri Bilge Ceylan olub.
Bundna əlavə, festivalın münsiflər heyəti arasında Serenay Sarıkaya və Mehmet Aslantuğ kimi məşhurlar da yer alıblar: "31-ci Beynəlxalq Adana Qızıl Koza Film Festivalının Milli Bədii Film Yarışmasının münsiflər heyəti Mehmet Aslantuğ, Serenay Sarıkaya, Nermin Yıldırım, Mustafa Kara, Ayris Alptekin və Müge Turandan ibarətdir".
Ləman
MİA.AZ