Türkiyənin İzmir şəhərində terror təşkilatı PKK/KCK-ya qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmir Respublika Prokurorluğunun məlumatına əsasən, PKK/KCK silahlı terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində təşkilatın ümumilikdə 15 üzvü saxlanılıb: "Onlardan 2-ci xarici ölkə vətəndaşıdır. Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi hazırda onların ətrafında əməlıiyyat-istintaq tədbirlərini davam etdirir".
Xəbərdə deyiir ki, saxlanılanlar haqqında həbs tədbiri seçilib: "Onarın qaldıqları evlərdə axtarış aparılıb, silah və digər əşya-dəlilləri götürülüb".
Firudin Səfərli
MİA.AZ