Ötən ilin 31 martında keçirilən bələdiyyə seçkilərində 44,46 faiz səslə Aziziya Bələdiyyə sədri seçilən Emrullah Akpunar gözlənilmədən Yenidən Rifah Partiyasından istefa verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, qısa bəyanat yayıb.
O bildirib ki, harada olursa olsun, yenə həmvətənlərinə xidmət edəcək.
Türkiyə mətbuatı yazır ki, bələdiyyə sədri Ərdoğanın lideri olduğu AK Partiyaya keçəcək.
O da bildirilir ki, bu istefa ilə yanaşı, daha 4 bələdiyyə, bir neçə deputat da Fatih Ərbakanln lideri olduğu partiyadan istefa verəcək.
Firudin Səfərli
MİA.AZ