Rusiyada Putinlə görüşən Fələstin prezidenti Mahmud Abbas bu gün Türkiyəyə gəlir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu gün Prezident Ərdoğanla görüşəcək.
Sabah yəni, avqustun 15-də isə o, Türkiyə Böyük Millət Məclisində deputatların qarşısında çıxış edəcək: "Mahmud Abbas burada çıxışdan əvvəl Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş ilə ikitərəfli görüş keçirəcək. İkitərəfli görüşdən sonra Abbas və Kurtulmuş TBMM-də prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Daha sonra isə onlar birlikdə parlamentə gedəcəklər".
Məlumata görə, avqustun 15-də yerli vaxtla saat 15.00-da Türkiyə Böyük Millət Məclisinin sədri iclası açaraq sözü Fələstin prezidenti Mahmud Abbasa verəcək.
Firudin Səfərli
MİA.AZ