"Real Madrid"in braziliyalı ulduzu Vinisius Juniora Səudiyyə Ərəbistanından dünya futbolunu silkələyəcək arixi təklif gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı komandalarından biri ona illik 350 milyon avro xalis maaş vədi verərək, komandaya gəlməsini istəyib.

Məlumata görə, 24 yaşlı futbolçu ispan klubundan ayrılmaq istəmədiyini bildirərək təklifi rədd edib. 

Madrid klubu da Vinisiusu satmaq fikrində olmadıqlarından Səudiyyə klubuna çatdırıb: "Ancaq əlavə eidblər ki, onunla müqavilənin ləğvi üçün 1 milyard avroluq "sərbəstlik haqqı" maddəsi var. İspanlar bu məbləği ödəyəcəkləri təqdirdə, futbolçuyla müqaviləyə xitam verəcəklərini gizlətməyiblər. Maraqlı budur ki, ispanların bu təklifinə ərəblər birbaşa "yox" deməyib. Əksinə, ərəblər bir milyardlıq ləğvetmə xərcinin bir az aşağı endirməyi xahiş edib..."

Xəbərə görə, hazırda tərəflər arasında danışıqlar gedir.

Xatırladaq ki, "Real Madrid"lə 2027-ci ilə qədər müqaviləsi olan 24 yaşlı futbolçu indiyə qədər oynadığı 264 matçda 83 qol vurub və 75 məhsuldar ötürmə verib.

Fərid Aslan

MİA.AZ