Türkiyənin Elazığ şəhərində "Kuyu-16" kod adı verilən əməliyyatla daha bir kriminal dəstə çökəldilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, keçirilən məməliyyatla Ehməd Gülbasanın liderlik elədiyi mütəşəkkil cinayətkar dəstə üzvləri tam tərkibdə qandallanıb: 

"Əməliyyat zamanı mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olan 15 şübhəli, o cümlədən dəstə başçısı tutulub. Onlar cinayət törətmək məqsədi ilə qanunsuz təşkilat yaratmaq, talama, hədə-qorxu gəlmək, qəsdən adam öldürməyə cəhd, əmlaka zərər vurmaq, məhkumların və həbs edilmiş şəxslərin qaçmasına çalışmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və sair cinayətlərdə ittiham olunurlar. Onların ev və iş yerlərində axtarış zamanı 10 ədəd sənədsiz tapança, tüfənglər və xeyli digər maddi sübutlar götürülüb".

Firudin Səfərli

MİA.AZ