Nigeriyanın Taraba əyalətində sərnişin avtobusuna silahlı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, naməlum silahlı şəxslərin hücumu nəticəsində 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Məlumata görə, hücumu hər hansı qruplaşma öz üzərinə götürüb. 

Məlumata görə, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir.

Tahir Şəlvəli

MİA.AZ