Uzun illərin məktəb direktoru, yetərli pedaqoji təcrübsi olan biri kimi son illərin məktəb direktoru təyinatlarını çox uğurlu hesab edirəm. Onlardan biri də İmişli rayon Ölcələr kənd tam orta məktəbinin direktoru Sahilə xanım Ağazadədir.
Onun müəllim kimi işlədiyi Qarəvəlli və Rəsullu kənd tam orta məktəblərində işgüzarlığı, pedaqoji təcrübəsi və səmərəli əməyi bərədə çox eşitmişdim, ancaq tanışlıq və şəxsi münasibət direktor təyinatından sonra oldu.
Necə tanıdım?
- Eşitdiklərim kimi: savadlı, işgüzar, peşəsinə məhəbbətli, fəaliyyətində yorulmaz, daim axtarışda olan, tanıyan hər kəsin sevimlisi və bir də ona gözəllik gətirən çox sadə bir xanım kimi...
Necə dəyərləndirdim?
- Bizim Sahilə xanım kimi. İlk anda qəribə görünə bilər? Ancaq belədir. O, bizim doğma Əliqulular kənd tam orta məktəbin məzunu, sevimlimiz, Milli Ordumuzun zabiti İlkin Göyüşovun həyat yoldaşıdır...
Əziz direktor həmkarımız, Sahilə xanım! Yeni yaşınız çox mübarək! Sizi və ailə üzvlərinizi bu gözəl gün münasibətilə ürəkdən TƏBRİK EDİR, UĞUR VƏ CANSAĞLIĞI ARZULAYIRIQ!
SƏXAVƏT TAĞLAR,
Əməkdar müəllim, Prezident təqaüdçüsü
MİA.AZ