Türkiyədə 4 şəhərdə N.G və E.K.-nın başçılıq etdiyi iki düşmən cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kırklareli, İstanbul, Tekirdağ və Diyarbəkirdə eyni anda keçirilən əməliyyatla 62 nəfər qandallanıb.
Məlumata görə, onlardan 20-si haqda hbs qətimkan tədbiri seçilib: "Şübhəlilərdən ikisi səhhətinə görə ev dustaqlığına buraxılıb. 21 şübhəli polisin nəzarətinə veirlib, 19 şübhəli isə prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb"
Məlumatda deyilir ki, əməliyyat zamanı şübhəlilərin ev, iş yerləri və avtomobillərində aparılan axtarışlar zamanı 20 tapança, 21 maqazin, 7 ov tüfəngi, minlərlə güllə, soyuuq silahlar və müxtəlif xarici valyutalar götürülüb.
Zülfiyyə
MİA.AZ