Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" səfərdə Bolqarıstanın "Ludoqorets" komandası ilə revanş oyununa çıxıb.
Mia.az xəbər verir k, Bakı vaxtilə başlayan oyunu italiyalı baş hakim Simone Soçça idarə edir.
6-cı dəqiqədə "Qarabağ" hesabı açıb. Juninho qapçı ilə təkbətək oyundan üstün ayrılııb - 0:1.
13-cü dəqiqədə ev sahibləri hesaba tarazlıq gətirib - 1:1
21-ci dəqiqədə "Qarabağ"ın qapısına penalti təyin olunub - 2:1
45-ci dəqiqədə "Qarabağ" penaltidən heabı bərabərləşdirib - 2:2.
45+5-də "Qarabağ" daha bir qol vurub - 3:2
İkinci hissədə hesab dəyişməyib. Ümumi hesabda (ilk oyunda rəqib Bakıda 2-1 qalib gəlib - Mia.az) bərabərlik (4:4) olduğndan oyun əlavə vaxta uzadılıb.
93-cü dəqiqədə "Qarabağ" möhtəşəm qolla hesabı artırıb - 2:4.
109-da "Qarabağ" daha bir qolla fərqi artırıb - 2:5.
112-ci dəqiqədə "Qarabağ" rəqibi "nokauta" salıb - 2:6
117-ci dəqiqədə "Qarabağ" rəqib qapısından 7-ci qolu da keçirib - 2:7
Beləliklə, "Qarabağ" möhtəşəm qələbə ilə növbəti tura vəsiqə qazanıb.
Fərid
MİA.AZ