HƏMAS-ın hərbi qanadı İzzəddin əl-kassam Tuqayları hərəkatın siyasi bürosunun yeni rəhbəri seçilən Yəhya Sinvara sadiqliyini elan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kassam tuqayları"nın sözçüsü Əbu Ubeyde Telegram hesabında bu barədə yazıb.
O bildirib ki, yeni sədr Yəhya Sinvar və onun qərarlarını tam şəkildə yerinə yetirməyə hazırdırlar.
Xatırladaaq ki, HƏMAS iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilən İsmayıl Haniyənin yerinə Yəhya Sinvarın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini açıqlayıb.
Tahir Şəlvəli
MİA.AZ