ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini tənqid edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Floridadakı Mar-a-Laqo kompleksində keçirdiyi mətbuat konfransında FED-in müstəqil siyasət yürütməsini qəbul etmədiyini deyib: "ABŞ-da dövlət başçsı FED və onun  qərarlarında söz sahibi olmalıdır. Məsələn, götürək məni. Mənim durumuma baxın. Çox pul qazanmışam, çox baxarıqlıyam. Düşünürəm ki, bir çox hallarda FED-dəkilərdən və onun sədrindən daha yaxşı instinktim var".

Xatırladaq ki, Tramp 2017-ci ilin noyabrında FED-in hazırkı sədri Cerom Paueli bankın prezidenti vəzifəsinə irəli sürüb.

Ümumiyyətlə faiz dərəcələrinin aşağı salınmasının tərəfdarı olan Tramp pul siyasəti qərarlarına görə FED sədri Paueli tənqid etməyə başlayıb.

Lamiyə Əhmədli

MİA.AZ