"İsrail hazırkı gərginliyi artıraraq ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs təşəbbüsünü pozmaq istəyir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livanın xarici işlər naziri Abdallah Buhabib norveçli həmkarı Espen Barth Eide telefon danışığında deyib.
XİN başçısı telefon danışğında İsrailin Livana hücumlarında qəsdən mülki insanları hədəf aldığını da iddia edib: "Bu vəziyyət beynəlxalq hüquq prinsiplərini açıq şəkildə pozmaqla, bölgədə genişmiqyasılı müharibəyə şərait yaratmaq məqsədi güdür".
Norveçin xarici işlər naziri isə ölkəsinin gərginliyin azaltmasına çalışdığını bildirib: "Qəzzada atəşkəsə nail olmaq üçün bölgədə növbəti müharibənin başlamasından qaçmaq lazımdır. Biz Livanla münasibətlərə böyük önəm veririrk. Norveç Livanın bölgədə yeni bir gərginlik və müharibə dalğasının qurbanı olmasını istəmir".
Tahir Şəlvəli
MİA.AZ