Pomidor əkən, lakin məhsulunu sata bilməyən yüzlərlə fermer problemlərini hökumətin görməsi məqsədiylə Bursa-İzmir şosesini nəqliyyatın hərəkətinə qpaadıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fermerlər hökumətdənbu məsələdə onlara dəstək verilməsini tələb edib.

Hadisə yerinə gələn polis və jandarma qüvvələri ilə aksiyaçılar arasında toqquşma baş verib.

Türkiyə mətbuatı yazır ki,  Jandarm və çevik polisin müdaxiləsindən qəızəblənən fermerlər hökuməti istefaya səsləyib. Onlar “Fermerlərə uzanan əlləri qırın”, “Hökumət istefa”, “Fermerlər məhsullarını qoruyur” kimi şüarlar səsləndiriblər. 

CHP-nin Bursadan olan deputtaı Orhan Sarıbal hadisə yerinə gəlib. O, aksiyaçıların probleminə hökumətin mütləq qulaq verməsini tələb edib: 

"Türkiyədə tomat istehsalı üçün ən çox pomidor istehsal edən bu bölgədə tarlada bir kq məhsulun maya dəyəri 3 lirəyə başa gəlib. Ancaq təəssüf ki, indi bazarlarda bunu 2 lirə 30 qəpiyə satırlar. Fermer məhsula qoyduöu mayanı çıxara bilmir. Enən qarpız məhsulundakı kimi...

Təəssüflər olsun ki, onlarla maşın məhsul otlaqlara tökülərək heyvan yemi oldu. İndi hökumətin borcudur ki, fermerlərə əl uzatsın, onlara dəstək olsun..."

Zülfiyyə

MİA.AZ