Yəməndə baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Yəmənin qərbindəki Taiz və Hudeydə şəhərlərində baş verən seldə 45 nəfər həyatını itirib. 

Məlumata görə, təbii fəlakət nəticəsində 5000-dən çox ailə evlərindən qaçmağa məcbur qalıb, yüzlərlə evlər  dağılıb: "Onlarla insan itkin düşüblər...".

Şahidlər bildiriblər ki, Hodeydanın bəzi bölgələrində müşahidə olunan yağış son 40 ildə görünməmiş bir yağış olub.

Firudin Səfərli

MİA.AZ