İsrail qüvvələri Qəzza zolağında daha iki evə aviazərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Təşkilatı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, İsrail qüvvələri Qəzza şəhərinin mərkəzi hissəsindəki Sahabe bölgəsində Yarmuk Stadionu yaxınlığında Şeldan adlı şəxsə məxsus evi bombalayıb: "Nəticədə evdə olan 5 mülki şəxs həyatını itirib, çoxlu sayda insan yaralanıb. Bununla yanaşı, Cibaliya Qaçqınlar Düşərgəsində isə Reyyan adlı şəxsin də evi vurulub. Burada isə bir fələstinli həlak olub".
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında 39677 fələstinli həlak olub, 91645 nəfər isə yaralanıb.
Firudin Səfərli
MİA.AZ