“Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Mia.az "Report”a istinadla xəbər verir ki, hər iki şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
İş üzrə 10 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Məhkəmənin hazırlıq iclası avqustun 15-ə təyin edilib.
Qeyd edək ki, baş redaktor və müavini bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.