Türkiyədə "İnstaqram" və 15 milyon istifadəçisi olan onlayn oyun platforması "Roblox"dan sonra "TikTok"un da bloklanması gündəmə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (Parlament) Rəqəmsal Media Komissiyasının sədri,  AK Partiyalı deputat Hüseyin Yayman açıqlama verib.

Onun sözlərinə görə, bu məsələnin Türkiyə üçün milli təhlükəsizlik məsələsidir: "Bizim parlament komissiya olaraq TikTok-un bağlanması və ya giriş qadağası qoyulması kimi bir səlahiyyətimiz yozdur. Bu, İnformasiya Texnologiyaları Qurumunun səlahiyətində olan məsələdir. Amma əgər siz mənə komissiya sədri olaraq soruşsanız, mən deyərəm ki, siyasət xalqın istəyi üzərində aparılır. Xalqın böyük hissəsi isə "TikTok"un bağlanmasını istəyir".

Yayman qeyd edib ki, Hatay, Ankara, Adana, Mersin və İstanbuldan ona "TikTok"dan minlərlə şikayətlər gəlib: "Mən "TikTok"dan istifadə etmirəm.  TikTok haqqında çoxlu ciddi tənqidlər və şikayətlər var. Təəssüf ki, "TikTok" şeytanın vəkili rolunu oynayır və TikTok yazıları cəmiyyətdə nifrət obyektinə çevrilib, orada çox irrasional və absurd hərəkətlər edirlər. Mən bunları bir azadlıq sahəsi kimi görmürəm, onlar bəşəri dəyərlərdən tamamilə uzaqdırlar, yerli və milli dəyərləri qəsdən məhv edirlər...".

Ləman

MİA.AZ