Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fikrət Nəhməd oğlu Əzizova "Əməkdar Dövlət Qulluqçusu” fəxri adı verilib.
Mia.az onu da qeyd edir ki, Fikrət Əzizov Prezident Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində işləyir.