İsrail ordusu bu gün Livanın cənubuna növbəti dəfə ağır zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə azı 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Faktı Livanın Səhiyyə Nazirliyi təsdiqləyib: "Livanın Mayfadun qəsəbəsində bir evə atılan raket 5 nəfər ölməsinə, Hiyam qəsəbəsinə atılan raket isə 1 nəfərin yaralanmasına səbəb olub".
Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, axşamdan indiyədək qısa fasilələrlə Meyfədun və Hiyama döyüş təyyarələri ilə ardıcıl hücumlar həyata keçirilir.
"Hizbullah" qruplaşması isə "Telegram"dakı rəsmi hesabında İsrailə əks zərbə endirdiklərini yazıb: "İsrailin işağlı altında olan ərazilərdəki Avivim yaşayış məntəqəsindəki düşmən mövqeləri müxtəlif növ raketlərlə vurulub...".
Tahir Şəlvəli
MİA.AZ